Xəbər lenti

İdman 22:55 10.08.2023

Konfrans Liqası: "Neftçi" "Beşiktaş"a uduzdu

"Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu "Beşiktaş”ı qəbul edib.

Bakılılar "Neftçi Arena” adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.

"Beşiktaş” fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə "Neftçi” qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və "Neftçi” Bakıda "Beşiktaş”a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
İk oyun

10 avqust
Neftçi (Azərbaycan) - "Beşiktaş" (Türkiyə) 1:3
Qollar: Kilan Lebon, 79 - Vensan Abubakar, 14. Cekson Muleka, 24. Salih Uçan, 62.
Neftçi (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 21. İsmayıl Zülfüqarlı, 19. Azər Salahlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 11. Kilan Lebon, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Beşiktaş (Türkiyə): 34. Mert Günok (k), 6. Omar Kolli, 12. Daniel Emerti, 77. Umut Meraş, 24. Valentin Rosye, 19. Amir Haciahmetoviç, 83. Gedson Fernandeş, 8. Salih Uçan, 40. Cekson Muleka, 4. Onur Bulut, 10. Vensan Abubakar.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 7. Ante Rebiç, 17. Kərəm Kesgin, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 90. Semih Kılıçsoy, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Baş hakim: Lukas Fandrix (İsveçrə).
"Neftçi Arena".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->