Xəbər lenti

Korrupsiyada ittiham olunan ermənipərəst ABŞ senatoru Konqresi tərk etmək istəmir
Dünya 13:05 26.09.2023

Korrupsiyada ittiham olunan ermənipərəst ABŞ senatoru Konqresi tərk etmək istəmir

Korrupsiyada ittiham olunan Nyu Cersi ştatından olan ABŞ senatoru, Demokratlar Partiyasının nümayəndəsi Robert Menendes Konqresi tərk etməkdən imtina edib. Sentyabrın 22-də o, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən istefa verib.
 
Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.

"Mən qəti şəkildə inanıram ki, bütün faktlar təqdim edildikdə, mən nəinki bəraət qazanacağam, həm də Nyu Cersidən olan baş senator olaraq qalacağam", – Menendes bildirib. 

O, evində paltar olan şkaflarda gizlədilən nağd pulların aşkar edilməsinə münasibət bildirərək, bununla qazanclarının qanunsuz olaraq müsadirə olunmasından özünü qoruduğunu bildirib. "Bu, köhnə fikir kimi görünə bilər, lakin bu, mənim şəxsi əmanət hesabımdan çıxardığım və 30 il ərzində qanuni olaraq qazandığım gəlirə əsaslanan pullar idi", - senator deyib.

Qeyd edək ki, senator üç maddə ilə ittiham olunub. Onlardan biri Menendesin "rəsmi mövqeyindən” istifadə edərək "gizli şəkildə Misirə ABŞ hökumətinin məxfi məlumatlarını təqdim etmək” planlarına aiddir. Digər iki fakt onun "üç Nyu Cersili iş adamının – Uill Hana, Xose Uribe və Fred Daybesin cinayət araşdırmalarına təsir etmək” cəhdləri ilə bağlıdır.

İttiham aktına görə, bu hərəkətlərinin müqabilində, Robert Menendes və həyat yoldaşı "nağd pul, qızıl, ipoteka ödənişləri, lüks avtomobil və digər qiymətli əşyalar” alıblar. Menendesin evində axtarışlar zamanı dəyəri 100 min dollardan çox qızıl külçələr və 480 min dollar nağd pul aşkar edilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->