Foto 21:33 02.12.2023

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var (FOTO)

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.