Xəbər lenti

LeBron Ceyms
İdman 19:49 08.02.2023

LeBron Ceyms "əbədi" rekordu qırdı, NBA-nın tarixinə düşdü (VİDEO)

"Los Angeles Lakers”in hücumçusu LeBron Ceyms NBA-nın bütün zamanların xal toplama rekordunu qırdı.

Qaynarinfo bu barədə NBA-nın rəsmi saytına istinadən xəbər verir.

"Oklahoma" - "Los Angeles Lakers” (130:133) matçında LeBron 38 xal toplayaraq, karyerası ərzində yığılan xalların sayını 38.390-a çatdırıb.
Beləliklə, LeBron karyerasında 38,387 xal toplayan Kərim Əbdül-Cabbarı qabaqlayaraq, Milli Basketbol Assosiasiyasının yeni xal rekorduna imza atıb.

Tarixi atışdan sonra basketbolçunu təbrik etmək üçün matç dayandırılıb. Matçı 1988-ci ildən rekordu saxlayan Əbdül-Cabbar da arenadan izləyib

Ceyms dördqat NBA çempionudur (2012, 2013, 2016, 2020).

Bundan əvvəl LeBron Ceymsin dünyanın ən çox maaş alan idmançısı olduğu bildirilirdi. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->