Ölkə 18:28 06.10.2022

Lənkəran RİH-də həbs olunan məmurla bağlı qərar verildi

Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Elgün Abdullayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev saxlanılıb.

Elgün Abdullayev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham olunur.