Xəbər lenti

Livandakı partlayış: İran səfiri və 1 500 nəfər yaralanıb
Dünya 19:00 17.09.2024

Livandakı partlayış: İran səfiri və 1 500 nəfər yaralanıb

Livanda bu gün, sentyabrın 17-də Hizbullah silahlılarının ünsiyyət üçün istifadə etdikləri peycerləri kütləvi şəkildə partlayıb. 

Bu barədə Qaynarinfo "Reuters”"The Times of Israel”ə istinadən xəbər verir.

"Reuters” agentliyinin mənbəsinin məlumatına görə, insident nəticəsində yüzlərlə Hizbullah döyüşçüsü yaralanıb. Partlayış səsləri həm Livanın paytaxtı Beyrutda, həm də ölkənin cənubunda eşidilib. Üstəlik, ilk partlayışlardan yarım saat sonra da partlayış səsləri eşidilib. 

Bu fonda Livanın Böhran Əməliyyatları Mərkəzi təcili müalicəyə göndərilən çox sayda yaralının öhdəsindən gəlmək üçün bütün tibb işçilərindən xəstəxanalarına getmələrini xahiş edilib.

Eyni zamanda, "The Times of Israel”in yazdığına görə, Livan mediası partlayışlarda İsraili günahlandırır. İddialara görə, İsrail tərəfindən "Hizbullah” yaraqlılarının istifadəsində olan portativ peycerlər sındırılıb. 

Livandakı jurnalistlər də hadisə nəticəsində 1500-dən  çox insanın yaralandığını iddia edirlər. Ən azı beş qurbanın vəziyyəti ağırdır. Ölənlər barədə məlumat yoxdur.

Təsdiqlənməmiş məlumata görə, yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, xəstəxanaya yerləşdirilib və durumu ağır deyil.

Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: "Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”.

F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub. Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->