Belarus
Prezidenti Aleksander Lukaşenko əvvəllər 25 oktyabrda keçirilməsi istənilən hökumətyönlü
kütləvi mitinq fikrini dəstəkləməsə də, ona alternativ olaraq baharda bu cür
bir mitinq təşkil etməyi təklif edibi.
Qaynarinfo
xəbər verir ki, o, payızda mitinq keçirmək təşəbbüsü ilə çıxış edən Belarus
ictimai təşkilatlarına təşəkkür edib, ancaq onları müxalifətə "bənzəməməyə"
çağırıb.
Lukaşenko
baharın mitinq keçirmək üçün daha uyğun bir mövsüm olduğunu bildirib:
"Çünki
həmin vaxt ölkədə isti olacaq".
Xatırladaq ki, Belarus müxalifəti Lukaşnekoya xalq
ultimatumu verərək onu 25 oktyabrda vəzifəsindən əl çəkməyə çağırıb. Əks halda
ölkəni tətil və mitinqlərin bürüyəcəyi bildirilib.
Alpər
Şərhlər