Siyasət 18:07 20.11.2023

Lukaşenko: "İndi Azərbaycan və Ermənistanın gələcəyi barədə düşünmək lazımdır"

Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi İmanqali Tasmaqambetov ilə görüşündə bildirib ki, postsovet məkanı münaqişələrlə, o cümlədən KTMT-nin məsuliyyət zonasında müşahidə olunan çətin dövr yaşayır. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, indi KTMT-nin noyabrın 23-də yekun sessiyası keçirilməsi planlaşdırılır.

"Ümid edirəm ki, Minskdə hərbi-siyasi təşkilat çərçivəsində keçirilən bu tədbir KTMT üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün səylərimizin artırılmasına töhfə verəcək”, deyə prezident bildirib.

Lukaşenko xatırladıb ki, Mərkəzi Asiya regionunda Düşənbə ilə Bişkek arasında münaqişəli vəziyyəti həll etmək mümkün olub, indi Ermənistan və Azərbaycanın gələcəyi, orada iki dövlətin həyatını necə təşkil etmək barədə düşünmək lazımdır.

Belarus lideri əlavə edib ki, postsovet məkanında problemlər çoxdan yığılıb qalıb. Ümumiyyətlə, o, postsovet məkanında vəziyyətin sakitləşməsi tendensiyası olduğunu qeyd edib.

Aydın