Xəbər lenti

Macarıstan İsveçin NATO-ya üzv olmaq ərizəsinə baxmaqdan imtina etdi
Dünya 14:42 25.10.2023

Macarıstan İsveçin NATO-ya üzv olmaq ərizəsinə baxmaqdan imtina etdi

Oktyabrın 24-də Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi üzrə səsvermənin keçirilməsi təklifini rədd edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb

Müxalifət partiyası "Macarıstanın demokratik koalisiyası”ndan olan millət vəkili Aqneş Vadainin sözlərinə görə, Macarıstan millət vəkilləri İsveçin təklifinin ratifikasiyası üzrə səsvermənin təyin edilməsi təklifini bloklayıblar.

O qeyd edib ki, səsvermə üçün növbəti mümkün vaxt parlamentin noyabrın 6-da başlayacaq iclasında olacaq.

Agentlik əlavə edib ki, Macarıstan rəsmiləri dəfələrlə onların ölkələrinin İsveçin alyansa qoşulmaq istəyini dəstəkləyən sonuncu ölkə olmayacağını bildiriblər.
Macarıstanın baş nazir Viktor Orbanın rəhbərlik etdiyi, parlamentdə mütləq çoxluğa sahib olan hakim Fides partiyası İsveç siyasətçilərinin Macarıstandakı demokratiyanın vəziyyəti haqqında "açıq yalanlar” danışdığını əsas gətirərək, 2022-ci ilin iyul ayından İsveçin NATO-ya üzv olmaq istəyini bloklayır. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->