Xəbər lenti

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü bloklamayacaq
Dünya 18:19 25.06.2024

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü bloklamayacaq

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı aparılan danışıqları tənqid edib, eyni zamanda ölkənin Avropa İttifaqına daxil olmasına mane olmayacağını vəd edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Funke media qrupuna müsahibəsində deyib.

"Macarıstan bu proseslə razılaşmır, lakin biz buna mane olmuruq və danışıqların başlanmasını dəstəkləyirik", - Macarıstanın baş naziri bildirib. İyulun 1-dən Macarıstan Aİ Şurasına sədrlik edəcək.

Viktor Orban hesab edir ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar "sırf siyasi motivli prosesdir”. Onun fikrincə, ilk növbədə Aİ sərhədləri bəlli olmayan müharibə vəziyyətində olan bir ölkəni bloka qəbul etsə, bunun nəticələrinin necə olacağını öyrənməlidir. Bundan əvvəl Viktor Orban Ukraynanın Aİ-yə daxil olması məsələsini 5-10 il müddətinə təxirə salmağı təklif edib.

Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar bu gün, iyunun 25-də Lüksemburqda keçiriləcək birinci Ukrayna-Aİ hökumətlərarası konfransı ilə başlayacaq. Bu gün Aİ Şurası da Ukrayna ilə blok arasında təhlükəsizlik sazişinin mətnini təsdiqləməlidir. Bundan sonra Avropa Komissiyası Ukrayna qanunvericiliyinin təhlilinə başlayacaq.

Ukrayna və Moldova 2022-ci ilin iyununda üzvlük üçün namizəd ölkə statusu alıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->