Xəbər lenti

Madaqaskarda zərdüştilərlə əlaqəli sirli tikililər tapıldı (FOTO)
Dünya 23:40 15.09.2024

Madaqaskarda zərdüştilərlə əlaqəli sirli tikililər tapıldı (FOTO)

Madaqaskarda tapılan sirli qayaüstü təsvirlərin zərdüştilərlə əlaqəsi ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Arkeonews” məlumat yayıb.

Madaqaskar adasının cənubunda qayaya oyulmuş otaqlar tapılıb ki, onların içərisində terraslar, qabıqlar, divarlar və digər daş konstruksiyalar var. Onlar eramızdan əvvəl I minilliyin sonu və ya II minilliyin əvvəllərində tikilib.

Belə strukturlara əvvəllər nə adada, nə də Afrikanın şərq sahillərində rast gəlinməmişdi. Maraqlıdır ki, oxşar tikililərə Madaqaskardan minlərlə kilometr aralıda, müasir İran ərazisində rast gəlmək olar. Onların orada ən qədim dinlərdən birinin nümayəndələri olan zərdüştilər tərəfindən yaradıldığı iddia olunue.

Bunu əminliklə söyləmək mümkün olmasa da, elm adamlarının kəşfi Madaqaskarın Hind okeanı ticarət şəbəkələrinin bir hissəsi olduğu anlamına gələ bilər. Ola bilsin ki, tikililər zərdüşt mənşəli köçkünlər tərəfindən yaradılıb. Bunu təsdiqləmək üçün daha çox araşdırma tələb olunacaq.

Qeyd edək ki, Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->