Fransa Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasına və danışıqların bərpasına çağırır.
Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında deyib.
Makron qeyd edib ki, Ermənistan sərhədində vəziyyət kritik olaraq qalır.
"Paris əmindir ki, güc tətbiqi hər iki tərəf üçün problemin həlli ola bilməz və dialoq təxirə salınmadan bərpa edilməlidir", - Fransa lideri bildirib.
Onun sözlərinə görə, bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir.
Qeyd edək ki, Fransa lideri Parisdə Ermənistanın baş nazirini qəbul edərkən yaxın bir neçə saat ərzində azərbaycanlı həmkarı İlham Əliyevlə danışmaq niyyətində olduğunu bildirib.
"Fransa Cənubi Qafqazın sabit, etibarlı və firavan regiona çevrilməsi üçün hər şeyi edəcək", - Makron bildirib.
Şərhlər