Xəbər lenti

İdman 18:09 13.11.2023

"Mançester Siti" bu gənc üçün 65 milyon dollar təklif edib

Premyer Liqa nəhəngi "Mançester Siti" PSJ-nin gənc ulduzu Varren Zair-Emerini istəyir.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə klubu futbolçunu transfer etməyə çalışır. Yarımmüdafiəçi ötən mövsüm 16 yaşında PSJ-də debüt edib və meydana çıxdığı 31 oyunda iki qola imza atıb.  Hazırda 17 yaşı olan futbolçu Paris komandasında əsas oyunçuya çevrilib. O, bu mövsüm ümumilikdə 15 oyuna çıxıb, iki qol vurub və ötən həftə ilk dəfə Fransa Milli Komandasına dəvət alıb.

"France Télévision" ingilislərin gənc futbolçu üçün 52,6 milyon funt-sterlinq (60 milyon avro / 64,29 milyon dollar) ödəməyə hazır olduğunu lakin Paris klubunun bundan imtina etdiyini bildirib.

Zaire-Emeri hazırda oyunun ən yaxşı gənc istedadlarından biri hesab olunur. Baş məşqçi Luis Enrikenin rəhbərliyi altında inkişaf edən və PSJ-də parlayan futbolçunun yaxın illərdə ən bahalı gənc ulduzlardan birinə çevriləcəyi gözlənilir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->