Xəbər lenti

Mbappe ilə bağlı ziddiyətli xəbərlər - İspan mediası fərqli iddialarla çıxış edir
İdman 13:49 30.07.2023

Mbappe ilə bağlı ziddiyətli xəbərlər - İspan mediası fərqli iddialarla çıxış edir

"Real Madrid" hələ də 2024-cü ildə PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz transfer üçün transfer etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu AS nəşri yazır.

Nəşrin məlumatına görə, Madrid klubu hələ ki, PSJ rəhbərliyi ilə futbolçunun transferi ilə bağlı danışıqlar aparmayıb. Bundan əlavə, "Real Madrid" bu yay transferin hansı məbləğə başa gələcəyini belə öyərnməyib.

Futbolçunun transferi ilə bağlı ortaya çıxan məlumat klubu təəccübləndirib. Danışıqlarda heç bir vasitəçidən istifadə olunmayıb və istifadə edilməyəcək. İspanlar futbolçu ilə PSJ arasındakı münasibətlərin inkişafını izləyirlər, lakin onların problemləri ilə heç bir əlaqəsi yoxdur.

ESPN kanalı isə fərqli iddia ilə çıxış edib. Kanal iddia edir ki, "Real Madrid" Fransa çempionatının yeni mövsümünün başlamasına - avqustun əvvəlinə qədər Mbappenin transferi ilə bağlı vəziyyəti həll etmək istəyir. 

Qeyd edilir ki, PSJ 24 yaşlı hücumçunu transfer etmək üçün rəsmi danışıqlara başlasa, "Real Madrid" razılığa gəlməyə hazırdır. Müqavilənin məbləği təxminən 200 milyon avro ola bilər. PSJ daha 50 milyon avro istəyir, lakin məbləğin azaldılmasına razılaşa bilər.

Bu arada, "Mirror” nəşri yazır ki, "Liverpul" Mbappeni icarəyə götürmək istəyir. Bu müqavilə PSJ-yə gəlir əldə etməklə yanaşı, 24 yaşlı hücumçunun yüksək maaşına qənaət etməyə imkan verəcək. Bu, bir mövsümlük icarə olacaq.

Nəşr onu da qeyd edib ki, PSJ rəhbərliyi Mbappenin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlardan imtina etməsindən narazı qalıb. Bu keçid Fransa klubuna rekord məbləğ - 300 milyon avro qazandıracaqdı.

İyulun 24-də "Relovo” xəbər verib ki, Mbappe Səudiyyə Ərəbistanının "Əl-Hilal” klubuna keçməkdən imtina edib. Baxmayaraq ki, klublar artıq transfer barədə razılığa gəliblər. Hücumçu "Real Madrid"lə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.

İyulun 21-də PSJ rəhbərliyi Mbappeni Yaponiyaya mövsümöncəsi turneyə aparmaqdan imtina edib. "L'Equipe"nin məlumatına görə, buna hücumçunun gələn yay azad agent kimi "Real Madrid"ə keçmək üçün gizli müqavilə imzalaması səbəb olub.

Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir. Hücumçu PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina edib.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib. 

Mbappe ötən mövsüm 34 matçda iştirak edib. Bu oyunlarda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->