Ölkə 10:23 09.07.2022

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!".