Aprelin 3-də səhər saatlarında Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhərində avtomobil partladılıb, nəticədə əməkdaş Maksim Zubarev yaralanıb.
O, ağır vəziyyətdə xəstəxanadadır.
Qaynarinfo Unian-a istinadla xəbər
verir ki, hadisə barədə əvvəlcə şəhərin qanuni meri İvan Fedorov məlumat verib, sonra bu məlumatı Melitopolun işğal administrasiyası və Rusiya mətbuatı təsdiqləyib.
Partlayış B.Xmelnitski prospektində baş verib. Təcili yardım maşınları dərhal hadisə yerini tərk edib.
Daha sonra rus təbliğatçıları bildirdilər ki, əməkdaş Maksim Zubarev Melitopolda avtomobilin partlaması nəticəsində yaralanıb, o, qondarma "Akimovka kəndinin administrasiyasının rəhbəri” vəzifəsini tutub.
"Melitopolun mərkəzində avtomobilin partlaması nəticəsində yaralanan Maksim Zubarevin vəziyyəti ağırdır. Onun çoxsaylı yaraları və xəsarətləri var, o cümlədən ayaq xəsarətləri, çanaq və bud sümüyü sınıb", - Ukraynaya xaini Vladimir Roqov yazıb.
Martın 27-də müvəqqəti işğal olunmuş Mariupolda səhər saat 8:07-də şəhərin Primorski rayonundakı Baxçıvancı bazarı yaxınlığında partlayış baş verib. Qondarma "DXR”in işğalçıları bildiriblər ki, şəhərdə "polis”in rəhbəri Moskvinin həyatına cəhd edilib. Onun sağ olduğu bildirilir.
"Bu gün Mariupolda mənim dostum Mixoya, polis rəisi Moskvinə qarşı sui-qəsd edilib, o sağdır. Mən onunla danışmışam, yüngül beyin silkələnməsi var", - "DXR” terrorçusu Eduard Basurin bildirib.
Alpər
Şərhlər