Xəbər lenti

Məmməd İsmayıldan xəbər var:
Sənət 13:41 27.03.2024

Məmməd İsmayıldan xəbər var: "Əməliyyat olunub, vəziyyəti..."

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayıl əməliyyat olunub.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Məmməd İsmayılın qızı İntizar İsmayıl atasının səhhətindən danışarkən deyib. 

İntizar İsmayıl atasının hazırda xəstəxanada olduğunu vurğulayıb:

"Müalicə hələ davam edir, amma atam hələ yeriyə bilmir. Eyni vaxtda iki əməliyyat edilib. Əməliyyatdan sonra sidik kanalı bərpa olunub, amma ayağı elə əvvəlki kimidir. Belində böyük qrijası var, o çıxarılmalıdır. Həkimlər bu əməliyyatı etməyə qorxur. Əməliyyat hardasa 8 saat davam edir. Deyirlər bu əməliyyat olunsa, həyatını itirə bilər".

İntizar İsmayıl Məmməd İsmayılın dostlarının ona tez-tez baş çəkdiyini vurğulayıb. 

Qeyd edək ki, bir müddət öncə şair Məmməd İsmayılın vəziyyəti pisləşib. 85 yaşlı şairin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->