Xəbər lenti

Məşhur aktrisa Qəzzadakı hadisələrə görə aclıq aksiyasına başlayır
Dünya 19:18 28.11.2023

Məşhur aktrisa Qəzzadakı hadisələrə görə aclıq aksiyasına başlayır

"Sex and the City" (Seks və Şəhər) serialındakı rolu ilə tanınan aktrisa Sintia Nikson Vaşinqtonda keçirdiyi mətbuat konfransında Qəzza zolağında atəşkəsə çağırış etmək üçün aclıq aksiyasına başlayacağını açıqlayıb. 

Qaynarinfo bu barədə "Newsweek"a istinadən xəbər verir.

Beş gün davam edəcək aksiyada ona tanınmış müsəlman və yəhudi fəallar, həmçinin Nyu-York ştatının qanunvericiləri qatılacaq.

Nikson öz çıxışında ABŞ prezidenti Co Baydendən hərbi münaqişəyə son qoymaq üçün İsraili maliyyələşdirməyi dayandırmağı tələb edib. O qeyd edib ki, Amerika lideri hər iki tərəfi atəşkəslə bağlı danışıqlara çağırmalıdır.

Bundan əlavə, özünü "yəhudi uşaqlarının anası" adlandıran Nikson onun təsirindən istifadə etməyi və ondan "sözünü mümkün qədər yüksək səslə çatdırmağı" oğlunun xahiş etdiyini vurğulayıb.

"Newsweek" vurğulayır ki, Niksonun özü yəhudi deyil, amma keçmiş sevgilisi Denni Moses ilə uşaqları yəhudidir.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->