Dünya 17:29 06.08.2022

Məşhur rus raket alimi “dövlətə xəyanət" ittihamı ilə həbs edildi

Rusiya hipersəs raketləri üzrə aparıcı alimi Aleksandr Şiplik "dövlətə xəyanət” ittihamı ilə həbs edib.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, Rusiya Elmlər Akademiyasının Novosibirskdəki Sibir bölməsi nəzdində yerləşən Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru, doktor Aleksandr Şiplik bu ilin yaylnda "dövlətə xəyanət"də şübhəli bilinərək həbs edilən üçüncü rus alimidir. 

Bu institutun elmi direktoru Vasili Fomin Rusiyanın "İtartas” xəbər agentliyinə müsahibəsində həmkarının həbs olunması xəbərini təsdiqləyib və bildirib ki, o, Moskvadakı "Lefortovo” həbsxanasına köçürülüb.

Alimin "xəyanəti” ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Aleksandr Şiplikin ən mühüm şöbələrdən birinin direktoru olduğu elmi institut hipersəs raketlərinin sınaqdan keçirilməsi şərtlərini simulyasiya edən texnologiyalar laboratoriyasıdır.

M.Arif