Məşhur "House of Cards" serialının aktyoru Reg E. Cathey dünyasını dəyişib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 59 yaşlı aktyor Nyu Yorkda yerləşən evində vəfat edib. O, bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Cathey "House of Cards" siyasi-triller serialındakı ifa etdiyi Freddi Heys obrazına görə daha da məşhurlaşmış, hətta bu rola görə "Emmy" mükafatına layiq görülmüşdü.
Gülşən
Şərhlər