İdman 17:54 13.07.2022

Mesut Özilin yeni klubu bəlli oldu

"Fənərbağça"dan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"in formasını geyinəcək. Təcrübəli oyunçu ilə yaxın günlərdə müqavilə bağlanacaq.

Özil 2021-ci ilin yanvarında "Fənərbağça" ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. Klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
 
Səbuhi Həsənov