Əməkdar artist Mətanət İsgəndərli ATV-nin "Bağ mövsümü" verilişinin çəkiliş qrupunu üçmərtəbəli villada qəbul edib.
Qaynarinfo baku.ws-yə istinadən xəbər verir ki, müğənni verilişdə təxminən milyonluq bağ evinin ona məxsus olmadığını bildirib:
"Bu ev mənim deyil. Gəlinimin uzaq qohumunun bağ evidir. Burada yaşamırlar. Oğlum ailəsilə çox vaxt burada dincəlir. Mən özüm əsasən Antalyada, qızım Ülkərin yanında dincəlirəm".
Şərhlər