DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya uduzan millinin qapıçısı Şahruddin Məhəmmədəliyev üzr istəyib.
Qaynarinfo xəbər verir ki, qolkiper şəxi instaqram səhifəsində paylaşım edib. Futbol ictimaiyyətindən üzrxahlıq edən Məmmədəliyev bu sözləri yazıb: "Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".
Dünən Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər