Dünya 14:14 19.08.2022

Moskva məşhur dostu İtaliyanı Rusiya qazından tam imtina etməyə çağırdı

Keçmiş baş nazir Silvio Berluskoni İtaliyanın Rusiya qazından tamamilə imtina etməli olduğunu deyib.

Qaynarinfo "Il Foglio” qəzetinin yazdığına istinadən xəbər verir ki, siyasətçi Roma alternativ tədarük üçün şərait yaradacağı halda bunu mümkün hesab edir.
 
Xüsusilə, maye qazın emalı üçün terminallara və tullantılardan enerji istehsalı zavodlarına ehtiyac var.

"Əlbəttə, bu müddət ərzində alternativ tədarük üçün şərait yaradılsa, bərpa olunan enerji mənbələrinə investisiyalar olacaq... O zaman biz açıq-aşkar problemlərə səbəb olan asılılığa son qoya biləcəyik”, - eks-baş nazir izah edib.

Bundan əvvəl bildirilmişdi ki, Silvio Berluskoni Avropada Kremlə dost siyasətçi hesab olunur.
 
Alpər