Moskva vilayətində "Krokus Siti Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkə prezidenti Vladimir Putinə məlumat verib.
Qeyd olunub ki, onlardan 4-ü birbaşa terror aktında iştirak edən şəxslərdir.
Xatırladaq ki, ötən axşam Moskvada "Krokus Siti Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.
10.24
Moskva vilayətində "Krokus Siti Holl"dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir. Daha 4 nəfər axtarılır.
Rusiya KİV-i terror aktını törədən 6 terrorçudan dördünün kimliyinin müəyyənləşdiyini yazıb. Həmin şəxslər 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.
Xatırladaq ki, ötən axşam Moskvadakı "Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.
Şərhlər