Ölkə 09:22 13.06.2022

Müəllim və şagirdləri daşıyan avtobus qəzaya uğradı: 10 yaralı var (YENİLƏNİB/SİYAHI)

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
 
08.35

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobus qəzaya uğrayıb. 

Qaynarinfo xəbər verir ki, hadisə Şamaxı ərazisində baş verib.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi "Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:

1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;

2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;

2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;

1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;

1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;

1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;

2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;

2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;

2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna;

 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğlu;

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.