Beynəlxaq Muğam Mərkəzi Kamil Ağazadənin işdən çıxarıldığı üçün məhkəməyə müraciət etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Muğam Mərkəzindən Qaynarinfo-ya verilən məlumat görə, Kamil Ağazadənin şikayəti təmin olunmayıb:
"Kamil Ağazadənin Beynəlxalq Muğam Mərkəzinə qarşı işə bərpa ilə bağlı qaldırdığı iddia Səbail Rayon Məhkəməsi tərəfindən rədd edilib. İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verib".
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı Kamil Ağazadə işdən çıxarılıb. Qərarla razılaşmayan Kamil Ağazadə işinə bərpa olunması üçün sözügedən mərkəzi məhkəməyə verib.
Bahar Rüstəmli
Şərhlər