Xəbər lenti

Mühafizəkarlar bu gün Trassın istefasını müzakirə etmək üçün toplanır
Dünya 14:44 17.10.2022

Mühafizəkarlar bu gün Trassın istefasını müzakirə etmək üçün toplanır

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının bir qrup yüksək rütbəli nümayəndəsi hazırkı baş nazir Liz Trassın istefasını müzakirə etmək üçün toplantı təşkil edir.

Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər verir.

Qəzetin yazdığına görə, görüş bu gün, oktyabrın 17-də baş tutmalıdır. Bəzi mühafizəkarlar hökumət başçısının dərhal istefasını tələb edəcəklər, digərləri isə "vergilərin azaldılması proqramının uğursuzluğundan sonra Trassı açıq şəkildə vəzifədən getməyə çağırmağı” planlaşdırır.

"The Guardian” qeyd edir ki, belə bir qərar Trassın funt sterlinqi aşağı salan radikal vergi islahatına görə maliyyə naziri Kvasi Kvartenqin istefaya göndərilməsi təşəbbüsü fonunda qəbul edilib. Bununla yanaşı, nazirlər arasında artıq baş nazirə dəstək zəifləyir.

"O, indi gözləmə zalındadır və bundan xəbəri var. İndi bu, zaman məsələsdir, ya o öz müəyyən şərtləri ilə gedəcək, ya da müqavimət göstərməyə çalışacaq və məcburi şəkildə istefaya göndəriləcək". - Bu barədə adı açıqlanmayan keçmiş nazirlərdən biri nəşrə şərhində bildirib.

Qəzet onu da vurğulayır ki, Trassın istefası ilə bağlı iclasa 15-20 eks-nazir və digər yüksək rütbəli deputatlar dəvət olunub. Tədbirin əsas təşəbbüskarları baş nazir postu uğrunda mübarizədə Trassın rəqibi olan Rişi Sunakın tərəfdarlarıdır.

Adı açıqlanmayan parlament üzvünün sözlərinə görə, Britaniya hakimiyyət orqanları arasında birjalar açılmağa başlayana qədər - "baş nazir gələn həftənin sonuna qədər duruş gətirə bilsə, vəzifədə qala biləcəyinə inananlar var".

Lindonda gələn digər xəbərlər ona deməyə əsas verir ki, Lizz Trass müqavimət göstərməyə çalışacaq. Belə ki, "Times”ın məlumatına görə https://www.thetimes.co.uk/article/tories-hold-secret-talks-on-crowning-new-leader-rkz6dbpf0 , Böyük Britaniyanın baş naziri bu gün, oktyabrın 17-də hökumət başçısı postunu saxlamaq üçün loyal mühafizəkar deputatlara müraciət edəcək.

Qəzetin yazdığına görə, Mühafizəkarlar Partiyasının rəhbər komitəsinin ("1922-ci il Komitəsi”) yüksək rütbəli üzvləri oktyabrın 14-də baş nazirin mümkün istefasını müzakirə ediblər.

Gizli danışıqlarda Mühafizəkarlar komitə sədri Qrem Breydinin Trassın istefasını tələb edə biləcəyi şərtlərə diqqət yetiriblər.
Mövcud qaydalara görə, hökumət başçısı bir il müddətinə etimadsızlıq votumu ilə bağlı toxunulmazlığa malikdir. Trass sentyabrın 6-dan hökumətə rəhbərlik edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->