Xəbər lenti

Müqavilə imzaladı, klub tarixinin ən bahalı futbolçusu oldu
İdman 10:47 05.07.2023

Müqavilə imzaladı, klub tarixinin ən bahalı futbolçusu oldu

İngiltərə Premyer Liqa komandaları "Brentford" Natan Kollinzlə müqavilə imzalayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kollinz bu keçiddən sonra klub tarixinin ən bahalı transferi olub. Klubdan verilən açıqlamada Kollinzlə bağlı "Vulverhempton"a razılığa gəlindiyi və ödəniləcək qiymətin rekord olacağı bildirilib.

İngiltərə mətbuatında çıxan xəbərə görə, "Brentford", altıillik müqavilə imzaladığı Kollinzə görə onun sabiq klubuna 23 milyon funt-sterlinq ödəyəcək.

22 yaşlı Kollinz İrlandiya millisinin heyətində 14 oyunda meydana çıxıb. O, "Vulverhempton"un heyətində bütün yarışlarda 31 matçda oynayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->