Xəbər lenti

Siyasət 19:12 14.01.2023

Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycana səfər edəcək

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu bərədə dövlət katibi Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarovla görüşü zamanı bildirib.

Görüşdə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->