"Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.
Bunu "Report”a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.
Klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:
"Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək".
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"a bu yay İsveçin "Yurqorden" klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Şərhlər