Xəbər lenti

Natali Aleksanyan və Bella Lalayan Qarabağ xuntasına qəzəb püskürdü
Siyasət 13:44 22.09.2023

Natali Aleksanyan və Bella Lalayan Qarabağ xuntasına qəzəb püskürdü

Erməni bloger Natali Aleksanyan İrəvandakı iğtişaşları təşkil edən Qarabağ klanına işləyən media nümayəndələrinə deyib ki, Qarabağ onlar üçün həmişə öz maraqlarına xidmət etmək üçün alət olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

"Əgər indi böyük bir erməni kütləsi azərbaycanlıların tam nəzarəti altındadırsa, o zaman erməni mediası özünü necə aparmalıdır? Erməni KİV-ləri hər şeyi saxta və dezinformasiya ilə doldurmalıdır ki, azərbaycanlıları tamamilə qəzəbləndirsin və ermənilərdən qisas alsınlar.

Bu gün erməni mediası bu xəstə məntiqlə işləyir. Rusiyayönlü müxalifətə bilavasitə tabe olan bloggerlər və digər zibillər məhz belə edirlər. Bəli, bu gün "Artsax-Artsax” şüarı ilə İrəvanı yerlə-yeksan edən sərsəmlərin media qanadı Qarabağ erməniləri arasında terror yayır, azərbaycanlıları hiddətləndirir ki, ermənilərə qarşı mümkün qədər qəddar olsunlar.

Xanımlar və cənablar, heç özünüzə kənardan baxmısınızmı? Davranışınız iyrəncdir. Sizin üçün Qarabağ həmişə öz maraqlarınıza xidmət vasitəsi olub, Qarabağ erməniləri isə qurban. Mən sizinlə eyni şəhərdə yaşadığıma görə özümə nifrət edirəm”, - Aleksanyan yazır.

Jurnalist Bella Lalayan isə növbəti dəfə Xankəndindəki mövcud vəziyyətə görə qanunsuz xuntanı günahlandırıb.

O, Facebook səhifəsində müvafiq müraciət dərc edib.

"Ey əclaflar, xalq düşmənləri!

Əgər gedib bu təkliflərlə (Azərbaycanın mərkəzi orqanlarının təkliflərini nəzərdə tutur - red.) razılaşa bilirdinizsə, niyə bu qədər insanın həyatını məhv etdiniz?
Niyə yenə bu qədər qurban verdiniz?

Niyə insanları 10 ay blokadaya həbs etdiniz?

Aclara dəstək olmaq üçün?

İnsanları niyə zirzəmilərə göndərirdiniz ki, qeyri-insani şəraitdə yaşasınlar?

Niyə?

Ay Qarabağ cəlladları!” - Bella Lalayan yazır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->