Ölkə 13:43 04.07.2022

Nazir Arif Həşimovun qardaşının yerinə təyinat etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinə yeni direktor təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Təhsil naziri Emin Əmurullayevin müvafiq əmri ilə bu vəzifəyə Quluzadə Nigar Akif qızı təyin edilib.

Qeyd edək ki, bundan əvvəl kollecin direktoru Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, prezident əvəzi Arif Həşimovun qardaşı Fikrət Həşimov idi. O, bu ilin fevral ayının 8-də vəfat edib.

Əhməd