Lerikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslə bağlı səhiyyə nazirinin müavini tərəfindən qəbul edilən qərar ləğv edilib.
Qaynarinfo-nun məlumatına görə, Lerikdə tibbi fəaliyyətlə məşğul olmayan "Yağmur" gözəllik salonun sahibi Səhiyyə Nazirliyi tərəfindən 5000 min manat cərimə olunub.
Sahibkar Lerik şəhəri, Nizami küçəsində fiziki şəxs kimi kiçik sahibkarlıqla, yəni "Yağmur" gözəllik salonunda saç kəsimi, gəlin bəzəkləri, gəlin maşını bəzəkləri və lazer aparatı vasitəsi ilə bədəndə olan tüklərin təmizlənməsi xidmətləri ilə məşğul olub.
Səhiyyə Nazirliyinin əməkdaşları salona gələrək, ondan izahat alıblar. Sonradan sahibkarın yaşadığı ünvana inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar gəlib. Səhiyyə nazirinin müavininin qəbul etdiyi 14 mart 2024-cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) protokol tərtib edilib və sahibkar 5 min manat cərimələnib.
Sahibkar barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar əsassız olduğu üçün məhkəməyə müraciət edib. Sözügedən maddənin 210.1-ci maddəsinin dizpozisiyanda lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimə nəzərdə tutulub. O, heç bir özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmadığını deyib.
Məhkəmənin qərarı ilə sahibkarın şikayətini təmin edilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılovun qəbul etdiyi 14 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunub bə inzibati iş üzrə icraata xitam verilib.
Əhməd
Şərhlər