Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzdində fəaliyyət göstərən "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Azsığorta” Açıq Səhmdar Cəmiyyətidir (ASC). İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
İşin mahiyyəti barədə məlumatlar məhduddur. İddialara görə, məhkəmə çəkişməsinin səbəbi sığorta öhdəliklərinin pozulması ilə bağlıdır. "Bakubus” MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə "Azsığorta” ASC məhkəməyə müraciət etməli olub.
"Bakubus” MMC 2014-cü ildə yaradılıb. Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MMC 2018-ci ildə BNA-nın tabeliyinə verilib.
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
İddialara görə, şirkətin qeyri-rəsmi sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Seyid
Şərhlər