XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nazirliyin keçmiş əməkdaşı yenidən məhkəməyə üz tutdu
Ekonomiks13:55 25.05.2024

Nazirliyin keçmiş əməkdaşı yenidən məhkəməyə üz tutdu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə işdən çıxarıldığı bildirilən qurumu əməkdaşı Afət Şeyx-zadə növbəti dəfə məhkəməyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, onun iddiası bu dəfə də əmək münasibətləri ilə bağlıdır. 
İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Afət Şeyx-zadənin verdiyi bildirilir. 
İşə Bakı Apellyasiya Məhkəməsində Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 
Afət Şeyx-zadə bundan əvvəl də eyni iddia ilə məhkəməyə müraciət etmişdi. Görünür, məhkəmə instansiyalarının qərarları onu qane etməyib. 
Bundan başqa, Afət Şeyx-Zadə "X” hesabında nazirlikdə xəsarət aldığını yazıb. 
"Mənin əmək nazirliyində aldığım xəsarəti niyə gizlətdiniz? Prokurorluq təsdiqləməsəydi, yenə təhqiqatdan boyun qaçırardınız. Özünüz qanun pozuntusuna yol verirsiniz”, deyə o bildirib.
Seyid