Xəbər lenti

İdman 19:43 30.07.2020

"Neftçi" baş məşqçisi ilə 2 illik müqavilə bağladı

"Neftçi" baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->