Xəbər lenti

Şəhid əsgərimizin nəşi ailəsinə təhvil verildi
Ölkə 08:44 10.06.2024

Şəhid əsgərimizin nəşi ailəsinə təhvil verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.

Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.

Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Qeyd edək ki, DSX-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hərbi hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->