İdman 22:51 16.08.2022

Nevil: “Mançester Yunayted” “futbolçular məzarlığına” çevrilib

"Mançester Yunayted”in sabiq müdafiəçisi Hari Nevil "qırmızı şeytanlar”ın problemlərindən danışıb. Onun fikrincə, resurslardan səmərəsiz istifadə olunduğundan klub "oyunçular məzarlığına” çevrilib.

"Son on ildə "Mançester Yunayted”in ən böyük problemlərindən biri klubun məşqçilərinə transferlərə nəzarət etməsinə icazə verməsidir. Bu, ciddi problemdir – "Mançester Yunayted” 10 il ərzində 1,2 milyard funt-sterlinq xərcləyib, lakin sövdələşmələrin 75%-i uğursuz olub.

Buna baxmayaraq, klubdan çağırış gəlir ki, hər şeydə futbolçuları günahlandırsın, uzun illərdir ki, məhz belə edirik. Ancaq mən də daxil olmaqla bir çox insan hətta keçən il bəzi transferlərdən ilhamlandı: Varan, Sanço və Ronaldo. Əvvəllər Di Maria var idi, onun haqqında dedilər: "Aha, bu, yaxşı bir transferdir".

Amma "Mançester Yunayted” futbolçular üçün məzarlığa çevrilib. Futbolçular indi bu komandaya keçib-keçməməyi düşünürlər. Bundan əlavə, "Mançester Yunayted” məktəbi də uzun illərdi ki, səmərəsizdir", - deyə "Mirror” Nevildən sitat gətirib.

Nizami Bağırov