Xəbər lenti

Dünya 13:31 13.01.2024

Norveç "xarici təsirə" yardımı qadağan edə bilər - Rusiya xofu

Norveç hakimiyyəti xaricdən ictimai rəyə təhlükəli təsir göstərməyə kömək edən cinayət cəzaları layihəsini yekunlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Norveç hökumətinin press-relizində deyilir.

Məlumata görə, ölkə hakimiyyəti xarici kəşfiyyat xidmətləri tərəfindən dövlətin maraqlarına xələl gətirə biləcək ictimai rəyi formalaşdırmaq üçün təsir əməliyyatlarına şərait yaratmağı cinayət məsuliyyətinə cəlb etməyi təklif edib.

Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emilie Enger Mehlin qeyd edib ki, hökumət, avtoritar dövlətlərin öz maraqları üçün ölkəyə təsir göstərməyə cəhd edə biləcəyini bilir. Onun sözlərinə görə, bu cür dövlətlər insanların mətbuata, dövlət orqanlarına və ya digər mühüm sosial qurumlara inamını zəiflətmək üçün saxta xəbərlər yaya bilər.

Qeyd olunur ki, qanun layihəsinin ilkin variantı ifadə azadlığına mənfi təsir göstərə biləcək qeyri-müəyyən ifadələrə görə məsləhətçi qurumlar tərəfindən tənqid edilib. Hökumətin də qeyd etdiyi kimi, hakimiyyət iradları ciddi qəbul edib və sənədin müddəalarına aydınlıq gətirib.

Press-relizdə bildirilir ki, Norveç Təhlükəsizlik Xidmətinə (PST) xarici təsir əməliyyatlarını daha effektiv aşkar etmək və qarşısını almaq üçün "gizli icra vasitələrindən” istifadə etmək səlahiyyətləri veriləcək.

2023-cü ilin oktyabrında Norveç Təhlükəsizlik Xidmətinin Tromso şəhərində Rusiya Federasiyasının xeyrinə casusluq etməkdə şübhəli bilinən bir şəxsi saxladığı bildirilib. Saxlanılan şəxsin braziliyalı olduğu ehtimal edilirdi, lakin sonradan o, Rusiya vətəndaşlığının olduğunu etiraf edib.

45 yaşlı şəxs Norveçin fundamental milli maraqlarına, eləcə də digər dövlətlərin təhlükəsizlik maraqlarına zərər vurmaqda ittiham olunur. Norveç məhkəməsi onu 3 il həbs cəzasına məhkum edə bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->