Ölkə 23:24 25.02.2024

O qız böyüdü.... qayıtdı- 32 il sonra (VİDEO)

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.

İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Lətifxanımdır. 

ARB Tv kanalı Sevinc Çılğının ssenarisi və İlham Yaşaroğlunun rejissorluğu ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş rolik hazırlayıb.

Lətifxanımın 32 il sonra Xocalıya qayıdışı və onunla Milli Qəhrəman Çingiz Mustafayevin faciə zamanı söhbəti üzərində qurulan qısa rolik sosial şəbəkələrdə böyük maraq oyadıb (qafqazinfo).