Ölkə 13:29 04.06.2022

Öz ölümünü səhnələşdirən iş adamının məzarı (FOTO)

Xəbər verdiyimiz kimi, Bakıda törətdiyi cinayət əməllərinə görə, özünü ölmüş kimi qələmə verən "Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyev saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, "Kaspian İnşaat MB” MTK-da törətdiyi qanun pozuntularla bağlı araşdırmalar başlandığına görə Rafət Qəniyev istintaqdan yayınmaq üçün 2021-ci il noyabrın 25-də Sabirabad rayonun Ətcələr kəndində öz paltarlarının içinə mənşəyi tam bilinməyən sümüklər qoyaraq maşınını yanıdırıb. Yaxınları onun yanaraq öldüyünü başa düşüb, dəfn ediblər.  

DİN-nin bununla bağlı açıqlamasında deyilir: "2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini (Salyan rayonu) Rafət Qəniyevə məxsus "KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə Rafət Qəniyevin direktoru olduğu "Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub. Rafət Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb".

Qaynarinfo iş adamı üçün Salyan rayonunun Sarvan kəmdində hazırlanmış məzarın fotosunu təqdim edir.

Əhməd