Xəbər lenti

Özəl təqaüd fondları niyə yaradılmır? (ŞƏRH)
Ekonomiks 18:22 04.10.2024

Özəl təqaüd fondları niyə yaradılmır? (ŞƏRH)

"Azərbaycanda özəl təqaüd fondlarının yaradılmasının qarşısını alan əsas amil hüquqi bazanın olmamasıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda özəl təqaüd fondlarının yaradılması məsələsinin uzun illərdir gündəmdə olsa da, hələ də reallaşmaması səbəblərindən danışarkən deyib:

"Son məlumatlara görə, 20-yə yaxın qanunvericilik aktlarında dəyişiklik planlaşdırılır ki, qanunverici baza yaradılsın və özəl təqaüd fondlarının işləməsi üçün əsasnamə formalaşsın. Ondan sonra qarşıda duran əsas məsələ rəqabətli mühit şəraitində özəl təqaüd fondlarının işləməsinə yaradılacaq şəraitlə bağlı olacaq. Ardınca kapitallaşması 10 milyard dolları keçən Avropa və Türkiyənin özəl təqaüd fondları Azərbaycan bazarına daxil olmaq istəsə, onlara da şərait yaradılmalıdır", deyə Natiq Cəfərli bildirib.



Ekspert hesab edir ki, vətəndaşlara təqaüd fondlarını  seçmək imkanı verilməlidir:

"Bir nömrəli vəzifə bu istiqamətdə qanunvericilik bazasının yaradılmasıdır".
 
Qeyd edək ki, Azərbaycanda özəl tədaüd fondlarının yaradılması məsələsi 18 ildir gündəmdə olsa da, hələlik bu istiqamətdə hər hansı bir real addım atılmayıb. Bu illər ərzində ara-sıra rəsmilər həmin məsələyə toxunsalar da, hələlik məsələdə tərpəniş yoxdur. Bu günlərdə Əmək və əhalinin sosial  müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında da həmin məsələyə toxunub. O, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığını deyib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->