Ötən həftəsonu Almaniyanın hər il keçirilən "Oktoberfest" festivalının təşkilat komitəsi 16 gün davam edən tədbirin ilkin nəticələrinə yekun vurub.
Qaynarinfo təşkilat komitəsinin hesabatına
istinadən xəbər verir ki, bir il əvvəllə müqayisədə 9% çox ərzaq, lakin 5,7% az pivə satılıb (2023-cü ildəki 7,4 milyon litrə qarşı 7 milyon litr).
Bütün COVID-19 məhdudiyyətlərinin tamamilə qaldırıldığı keçən illə müqayisədə bu il bir qədər az (7,2 milyon ilə müqayisədə 6,7 milyon nəfər) qonaq olub.
Bu il festivalın qonaqları pulsuz suvenir kimi nəzərəçarpacaq dərəcədə az puvə bokalı "aparıblar" - 2023-cü ildəki 115,6 minlə müqayisədə 98 min.
Bundan əlavə, ziyarətçilər ərazini daha az zibilliyiblər - bir il əvvəlki 820 ton ilə müqayisədə 802 ton zibil utilizasiya edilib və daha az sağlamlıq problemləri yaşanıb - tibb məntəqələrinə müraciətlərin sayı 29% azalıb.
Ümumilikdə festival daha sakit keçib - hüquq pozuntularının sayı 25,8% azalıb. Alman mediası qeyd edir ki, bu ilki "Oktoberfest" son illərin demək olar ən sakiti olub.
Bu il əcnəbilərin əksəriyyəti ABŞ-dan gəlib. Turistlərin sayına görə İtaliya, Böyük Britaniya, Polşa, Avstriya, Fransa və İsveçrə də liderlər sırasında olub. Hindistan bu il ilk dəfə olaraq bu ölkələr qrupuna qoşulub.
Festival zamanı ümumilikdə 3500 şəxsi əşya, o cümlədən 700-ə yaxın pulqabı, 700-ə yaxın geyim, 500-ə yaxın şəxsiyyət vəsiqəsi, 315 mobil telefon, 450 bank kartı, 300-ə yaxın eynək, 60 çətir və 45 zinət əşyası itib. İtirilmiş ən qeyri-adi əşyalar arasında 5 nişan üzüyü, silikon breket və ənənəvi Bavariya dəri şortu üçün 16 cüt breket var.
Nizami Bağırov
Şərhlər