Xəbər lenti

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu
Ölkə 11:29 21.03.2025

Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
--> -->