Paris Olimpiadasının ikinci günündə tatamiyə çıxan Gültac Məmmədəliyeva da yarışlarla erkən vidalaşıb.
Qaynarinfo xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ABŞ-li Anjelika Delqado ilə bacarmayıb.
Delqado qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün boksçumuz Alfonso Dominqes də mübarizəyə qoşulacaq. O, saat 18:18-də kubalı Xulio Sezar la Krusla üz-üzə gələcək.
Şərhlər