Xəbər lenti

Paris-2024: İlk təmsilçimiz 1/32 finala çıxdı
İdman 14:39 25.07.2024

Paris-2024: İlk təmsilçimiz 1/32 finala çıxdı

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.

Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.

Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.

1/32 final görüşləri iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

09.49
 
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.

Qaynarinfo xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.

O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->