"Paşinyanın Moskva səfəri növbəti ziqzaqlardan birinin nümayişidir, digər tərəfdən isə Moskvanın regionumuzdakı məsələlərlə bağlı mövqeyini öyrənib, ona əsasən də öz strategiyasını müəyyənləşdirmək məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Nikol Paşinyanın gələn həftə Moskvaya olacaq səfərini şərh edərkən deyib.
Onun fikrincə, Paşinyan Moskva ilə müəyyən məsələləri aydınlaşdırmaq niyyətindədir:
"Azərbaycan Ermənistana konkret təkliflər göndərib. Bakı İrəvandan cavab gözləyir. Yəqin ki, Paşinyan Bakının təkliflərini Rusiya ilə müzakirə edib, sonra münasibət bildirəcək. Paşinyan real mənzərəni dəyərləndirərək, Moskva ilə müəyyən məsələləri aydınlaşdırmaq niyyətindədir. Paşinyan Kremlin mövqeyini bildikdən sonra Azərbaycanla münasibətlərin tənzimlənməsi baxımından addımlar atmaq atacaq”.
Həmsöhbətimiz qeyd edib ki, İrəvan üçün hələ də Rusiya ilə münasibətlər mühüm əhəmiyyət kəsb edir:
"Rusiya ilə əməkdaşlıq İrəvan üçün hər zaman böyük önəm kəsb edib. Paşinyanın bu səfəri də ilk növbədə iki ölkənin münasibətlərində son dövrlər yaranan qaranlıq məqamları və Azərbaycanla sülh prosesini araşdırmağa xidmət edəcək səfərdir. Ermənistanın işğalçı siyasəti onu Rusiyadan həddən artıq asılı vəziyyətə salıb. Nəticədə, istər Azərbaycanla münasibətləri tənzimləmək, istərsə də Ermənistanın gələcəyini müəyyən etmək baxımından İrəvan müstəqil qərar vermək potensialını xeyli dərəcədə itirib. İndiki halda Paşinyan onu bərpa etməyə çalışır, amma yenə də Azərbaycana qarşı aqressiv siyasətindən əl çəkmir. Bu təzad zəminində də İrəvan üçün Rusiya ilə münasibətlər əvvəlki əhəmiyyətini qoruyub saxlayır”.
Qeyd edək ki, Ermənsitan baş naziri Nikol Paşinyan Çexiyada keçirilən konfrans zamanı gələn həftə Moskvaya gedəcəyini bildirib. Paşinyan sonuncu dəfə ötən ilin dekabrın da Moskvaya səfər edib.
Rüfət Sultan
Şərhlər