Xəbər lenti

Paşinyandan Azərbaycanla sülh müqaviləsi ilə bağlı açıqlama
Ölkə 20:25 13.03.2025

Paşinyandan Azərbaycanla sülh müqaviləsi ilə bağlı açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.


Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.


"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatıb və bunu mühüm hadisə hesab edirəm", - hökumət başçısı vurğulayıb.


Sazişin mətninin nə vaxt dərc olunacağına aydınlıq gətirilməsini xahiş etdikdə, Paşinyan bildirib ki, bu sahədə beynəlxalq prosedurları nəzərdən keçirmək lazımdır.


"Onun müddəalarından hər hansı birinin cəmiyyət üçün sürpriz olması ehtimalı azdır", - o əlavə edib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->