"Müharibənin bir
ayı müddətində Azərbaycan Ordusu Ermənistanın canlı qüvvəsini, texnikasını məhv
edib, xüsusi təyinatlıları, kəşfiyyat bölmələri, dağatıcı qüvvələri, alayları
darmadağın edilib. Ona görə Ermənistan məcbur olub 3 dəfə səfərbərlik elan
edib. Bu səfərbərlikdən də xeyli vətəndaşları yayındı. Ardınca yaşlıları, indi
qadınlarını cəbhəyə göndərməyə məcbur olub".
Bunu Qaynarinfo-ya
açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi
Artsrun Ovannisyanın öz feysbuk hesabında yaydığı erməni qadınlarından ibarət
batalyonun fotosunu şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistanın
təlim görmüş ordusu Qarabağda davam gətirə bilməyib:
"Baş nazir
müraciətində qadınlara dedi ki, ərlərinizi, oğullarınızı da cəbhəyə göndərin.
Ardınca qadınlara batalyon yaratmağı və döyüşə gəlmələrini bildirdi. Bunların
heç bir nəticəsi olmayacaq, hamısı boş fikirlərdir. Müharibə gedir, 3-5 günə onlar
nə edəcək, kimləri döyüş bölgəsinə gətirəcək? Ermənistanın təlim görmüş ordusu əgər
Qarabağda davam gətirə bilmədisə, erməni qadınları, yaşlıları 3-5 günə neyləyəcək?
Əgər Baş nazirin ağlı olsaydı, problemlərə düçar olmazdı. Ermənistanı acı günlər
gözləyir, daha dəhşətli məğlubiyyətləri olacaq. Biz Qarabağı azad edəcəyik. Ermənistanın
özündə böyük problemlər yaşanacaq".

Emin Həsənli hesab
edir ki, Ermənistan yaxın 30-50 il ərzində bölgədə çox ağır proseslərlə üz-üzə
olacaq:
"Ermənistanın
bir dövlət kimi mövcudluğu sual altınqa qalacaq. Xəstə bir təfəkkürdür, 1945
-ci ildə Hitlerin çabalarına oxşayır. Evdə oturub gündə bir bəyanat verirdi və
Almaniya da Sovet Ordusu tərəfindən işğal olundu. Paşniyanın bu gedişi onu
xatırladır. Hərbinin bütün parametrlərinə görə Azərbaycan ordusu üstündür. Həm
peşəkarlığına, həm də müasir silah- sursata, ən əsası isə döyüş hazırlığı və
ruh yüksəkliyinə görə... Məhv olmuş, sınmış Ermənistan ordusunun pompensasiya
etmək, yenidən kabinetləşdirmək mümkün olmayacaq. Onlar duruş gətirə bilməyəcək.
Qarabağ məsələsinin həlli bütünlüklə həll olunub, qısa bir müddətdə
torpaqlarımızın qalan hissəsi də işğaldan azad ediləcək, terrorcular məhv
olunacaq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Bunun qarşısını alacaq
elə bir güc yoxdur".
Qeyd edək ki, Ermənistan
Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz feysbuk hesabında
qadınların fotosunu paylaşaraq təlim keçdiklərini bildirib. Çarəsiz qalan düşməm
qadınlardan ibarət dəstələr formalaşdıraraq cəbhəyə göndərməyə hazırlaşır.
Bahar Rüstəmli
Şərhlər